Azərbaycanda ağır qəza: 2 ölü, 2 yaralı - FOTO

Azərbaycanda ağır qəza: 2 ölü, 2 yaralı - FOTO
09:05 30 Yanvar 2015
230 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə "Mercedes" aşdı, 2 nəfər öldü, 2 nəfər yaralandı.

Milli.Az Kəpəz TV-yə (Region TV)  istinadən bildirir ki, Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəmkirdən Gəncə istiqamətinə yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində 2 nəfər elə hadisə yerindəcə dünyasını dəyişib, 2 nəfər isə Gəncədə və Şəmkirdə yerləşən xəstəxanalara yerləşdirilib.

Hazırda Göygöl Rayon Polsi Şöbəsinin əməkdaşları hadisənin başvermə səbəblərini və ölənlərin, eləcə də yaralıların adlarını dəqiqiləşdirir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR