Gəncədə iki qardaş döyülüb

Gəncədə iki qardaş döyülüb
09:12 30 Yanvar 2015
199 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, dünən axşam saatlarında Gəncədə iki qardaşın döyülməsi ilə bağlı hadisə qeydə alınıb. Dava Zöhrab İlqar Orucovlarla onların üzdən tanıdıqları şəxslər arasında baş verib. Hadisə şəxsi münaqişə zəmində baş verib. Nəticədə hər iki qardaş müxtəlif dərəcəli xəsarətlər alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib. Qardaşlara ilkin tibbi yadım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları 39 yaşlı Zöhrab Orucovun və 24 yaşlı İlqar Orucovun kimlər tərəfindən və hansı zəmində döyülməsini araşdırırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR