Mühəndislər tətil edirlər

Mühəndislər tətil edirlər
09:16 30 Yanvar 2015
461 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada mühəndislər tətil ediblər. Əmək haqlarının az olmasından şikayət edən işçilərin bu addımı hələlik xəbərdarlıq məqsədi daşıyır. Həmkarlar ittifaqı tələbləri yerinə yetirilməyəcəyi təqdirdə daha uzun müddətli aksiyayalara başlayacaqlarını bildiriblər.

Əsasən, gecə növbətçisi olan işçilər əmək haqlarının 5.5 faiz artırılmasını istəyirlər. Nəzərdə tutulan 2.2-lik artım isə, heç kimi qane etmir. Tətil "BMW" və "Daymler" kimi şirkətlər də daxil olmaqla onlarla zavodun işinə təsir edib.

Rəsmilər azı 3 min nəfərin aksiyaya qoşulduğunu bildiriblər.

Eyni zamanda, Düseldorf və Köln hava limanlarının təhlükəsizlik əməkdaşları da tətilə qatılanlar arasında olub. Onlar da oxşar tələblərlə çıxış ediblər.
Mənbə
Euronews



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR