Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibinin növbəti ay Rusiyaya səfər edəcəyi bildirilir.Dövlət Katibinin səfərinin 4-5 fevral tarixlərinə planlaşdırıldığı bildirilir
Anspress-in məlumatına görə, rusiyalı diplomatlar ABŞ-ın dövlət katibi Con Kerrinin Moskvaya səfər edəcəyi ehtimalını müzakirə etməyə başlayıblar. Bu haqda Vaşinqtondakı diplomatik mənbələrdən biri yazıb.
"Əgər gözlənilən səfər baş tutacaqsa, bu, Amerika tərəfinin xahişi ilə həyata keçiriləcək", - deyə mənbə qeyd edib.
Səfərin bu ilin 4-5 fevral tarixlərində planlaşdırıldığı bildirilir.
Görüşün əsas mövzularından birinin isə Ukraynadakı vəziyyətin müzakirəsi olacağı güman edilir.
Xatırladaq ki, ABŞ dövlət katibi bundan əvvəl 2013-cü ilin mayında Moskvada səfədə olub.
Milli.Az