Avtobus dərəyə yuvarlandı: 8 ölü, 21 yaralı

Avtobus dərəyə yuvarlandı: 8 ölü, 21 yaralı
00:24 28 Dekabr 2014
127 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın Vitoriya şəhəri yaxınlığında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, salonunda 31 sərnişinin olduğu  Portu Sequru – Rio de Janeyro marşrutu üzrə hərəkət edən avtobus 40 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza nəticəsində 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlardan 13 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.   

 

Sağ qalan avtobus sürücünün sözlərinə görə, qəza yük maşının qəfil əks istiqamət zolağına çıxması nəticəsində baş verib. Sürücü toqquşmadan yayınmaq üçün avtobusu yolun kənarına çəkərkən dərəyə yuvarlanıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR