Qaz olmayacaq

Qaz olmayacaq
09:51 30 Yanvar 2015
498 Sosial
Ölkə mətbuatı
A- A+

Səbail rayonunun Bayıl qəsəbəsi və 20-ci sahədə təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 30 yanvar tarixində saat 10:00-dan işlər başa çatanadək Səbail rayonunun 20-ci sahə və Bayıl qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin avtomobil keçidi hissəsində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədardır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=322810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR