Metroda xanım sərnişinin harayı: "O, məni güdür" - FOTO

Metroda xanım sərnişinin harayı: "O, məni güdür" - FOTO
09:52 30 Yanvar 2015
317 Digər
Ölkə mətbuatı
A- A+

Metroda xanım sərnişinlərdən biri onun arxasınca düşdüyünü iddia etdiyi şəxsdən polis əməkdaşlarına şikayət edib
Milli.Az virtualaz.org saytına istinadən xəbər verir ki, hadisə dünən axşam metronun “28 May” stansiyasında baş verib.

Yanında uşağı olan bir qadın polis əməkdaşlarına yaxınlaşaraq 30-35 yaşlı bir kişini göstərib və ondan şikayət edib. Xanım sərnişin həmin gənc kişinin onun arxasınca düşdüyünü, onu narahat etdiyini deyib. Qadın “28 May”da düşərək burada həyat yoldaşını gözlədiyini bildirib. Lakin həmin oğlanın da onun arxasınca gəldiyini və qorxduğunu söyləyib.

Polislər qadının şikayət etdiyi şəxsi növbətçi hissəyə aparıblar. Şikayətçi qadının həyat yoldaşı gəlib çıxandan sonra onlar da növbətçi hissəyə aparılıblar.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR