Gəncədə sərgi keçirilib (FOTO)

Gəncədə sərgi keçirilib (FOTO)
09:58 30 Yanvar 2015
515 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Bu gün 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilmiş Şeyx Nizami yurdunda Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin və “Gənc Liderlər” təhsil-təlim və inkişaf İctimai Birliyinin təşkilatçılığı ilə sərgi keçirilib.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin, ali və orta ixtisas məktəblərinin Tələbə-Gənclər Təşkilatlarının, QHT-lərin və gənclər klublarının ümumilikdə 18 təşkilatın qatıldığı sərgi 2 fevral- Gənclər Gününə həsr edilib. Məqsəd gənclərlə işləyən təşkilatları tanıtmaq, onların ictimai fəaliyyətlərinin artırılmasına yardım etməkdir.
Tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov açaraq, 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində fəaliyyət göstərən gəncləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Gənclər Günü” münasibəti ilə təbrik edib. Bildirib ki, ölkəmizdə gənclər siyasəti qətiyyətlə, uğurla həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına şərait yaradır. Belə ki, şəhərimizdə ilk dəfə olaraq, bu sərgi təşkil edilir. Sərgi vasitəsi ilə gənclər son ildə gördükləri işlər barədə hesabat verirlər.
Tədbirdə hər bir təşkilat onun üçün ayrılmış guşədə idman,təhsil sahəsindəki fəaliyyətlərini əks etdirən fəxri fərmanlar, diplomlar, bukletlər, kitablar, sənət əsərləri, həmçinin uğurlu layihələrini qonaqlara təqdim edib. Nümayiş etdirilən əsərlər, uğurlar gənclərin istedadından və bədii fantaziyasını əks etdirib. Xüsusən rəsm əsərləri, əl işləri tamaşaçılarda xoş təəssürat yaradıb.
İştirakçı təşkilat və qurumların fəaliyyətini əks etdirən videoçarx göstərilib. Uşaq Yaradıcılıq Mərkəzinin balaca fidanları özlərinin hazırladıqları geyimləri model olaraq nümayiş etdiriblər.
Sərgi əyləncəli hissə ilə davam edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR