Malayziya daşqınlara təslim oldu

Malayziya daşqınlara təslim oldu
00:51 28 Dekabr 2014
155 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziyada leysan yağışın səbəb olduğu daşqınlar nəticəsində bütün ölkədə 132 mindən çox sakin evakuasiya edilib.

Daşqın nəticəsində azı 5 nəfərin öldüyü bildirilir. Ölkədə son on illərin ən güclü daşqını 5 ştata daha çox ziyan vurub. Malayziyanın baş naziri Nəcib Əbdül Rəzak daşqından ən çox zərər çəkən Kelantan ştatına gəlib və fəlakət bölgəsində xilasetmə əməliyyatlarının aparılmasına 14 milyon dollar pul ayrılmasına göstəriş verib.

Malayziyanın baş naziri fəlakət bölgəsinə gəlmək üçün Amerika Birləşmiş Ştatlarına səfərini yarımçıq qoyaraq vətənə qayıdıb.

Qeyri-rəsmi səfər zamanı Rəzakın həftəsonunu ABŞ prezidenti Barak Obama ilə qolf oynayaraq keçirməsi ölkədə tənqidlərə səbəb olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316644

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR