Bakı-APA. Misir hərbçiləri Sinay yarımadasında terror cinayətləri törətməkdə şübhəli bilinən 297 şəxsi saxlayıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Misir ordusu komandanlığının bəyanatında deyilir.
Ordu nümayəndəsi Məhəmməd Samirin sözlərinə görə, antiterror əməliyyat dekabrın 24-dən 26-dək davam edib.
Əməliyyat zamanı 1 terrorçu məhv edilib.