Braziliyada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

01:32 28 Dekabr 2014
47 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 01:29 ]

Bakı-APA. Braziliyanın cənub-şərqində özəl helikopter qəzaya uğrayıb, nəticədə ikisi uşaq olmaqla 5 nəfər ölüb.  

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, helikopter San Paulu ştatının Bertioqa şəhəri yaxınlığında bataqlıq ərazidə qəzaya uğrayıb. Qəza nəticəsində azyaşlı qız, onun valideynləri, uşağın dayəsi və pilot ölüb. Məlumata görə, helikopter yerə çırpıldıqdan dərhal sonra partlayıb və tamamilə yanıb.

 

Qəzanın səbəbləri araşdırılır.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR