Konqonun cənub-şərqində qeyri-qanuni fəaliyyət göstərən mədəndə 15 şaxtaçı ölüb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, insident Kolvezi şəhərində mis və kobalt mədənində baş verib.
Məlumata görə, yerin altında 20 metr dərinlikdə çalışan şaxtaçılar havasızlıqdan boğulublar. Mənbə bəzi cəsədlərin üzərində yanıq xəsarətlərinin də olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.