Bu da “ağıllı” plastır (FOTO)

Bu da “ağıllı” plastır (FOTO)
02:46 28 Dekabr 2014
132 Sosial
Ölkə mətbuatı
A- A+

İsveçrəli mütəxəssislər “ağıllı” plastırlar hazırlayıblar.

ANS PRESS-in “ICTnews”a istinadən məlumatına görə, İsveçrə istehsalı olan “LifeWatch VSP” “ağıllı” plastırları ABŞ-ın Qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi tərəfindən bəyənilib. Bu da yaxın zamanda onun Amerika bazarına təqdim edilməsinə imkan verir.

Bu, plastır şəklində olan qurğudur və EKQ göstəriciləri götürmək üçün nəzərdə tutulan datçiklərdən ibarətdir. Qurğuya bərkidilmiş batareya yeddi gün ərzində məlumat toplamağa imkan verir.

Avadanlıq klinikalar üçün nəzərdə tutulub və pasientlərin əsas göstəricilərini toplayan çoxlu tellərlə təchiz edilmiş böyük həcmli aparatı əvəz edir.

Həkimin bu yapışqan plastırı pasientin bədəninə yapışdırmaq yetər ki, qurğu xəstəni narahat etmədən məlumat toplasın. “LifeWatch VSP” bazara 2015-ci ilin birinci yarısında çıxarılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR