Gürcüstan paytaxtındakı avtomobil ehtiyat hissələri satılan Eliava bazarında yanğın baş verib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bazarda olan köhnə avtomobil hissələri satışı üçün qoyulan köşklərdə yanğın baş verib. Məlumata görə, 150 kvadratmetr sahə yanıb. Yanğın nəticəsində satış üçün düzülən avtomobil təkərləri və köhnə ehtiyat hissələri yanıb.
Tiflis Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, hadisə yerinə 11 yanğınsöndürən maşın cəlb olunub və yanğın qısa vaxt ərzində söndürülüb. Yanğının səbəbi araşdırılır, xəsarət alan olmayıb.