İlana sarılan müğənnimiz türkləri şoka saldı (FOTO)

İlana sarılan müğənnimiz türkləri şoka saldı (FOTO)
04:36 28 Dekabr 2014
507 Şou
Ölkə mətbuatı
A- A+

Boynundakı zəhərli ilanla məşhur türk telekanallarında verilişlərə çıxan Azərbaycan müğənnisi türk izləyiciləri şoka salıb.

ANS PRESS-in məlumatına görə, gənc müğənnimiz bir anda Türkiyə sosial şəbəkə portallarında izlənmə reytinqləri qırıb.

Son 3 gündə 10-dan çox televiziya kanallarına dəvət olunan müğənni Sevinc Ağaşirinovanın ilanlarla etdiyi dostluq terk izləyiciləri heyrətləndirib.

Sevinc Ağaşirinova ANS PRESS-ə müsahibəsində bildirib ki, yalançı insanlardansa, səssiz zəhərli ilanlar daha yaxşıdır. O, son 3 gün ərzində tanımadığı insanlar və prodüsserlər tərəfindən verilişlərə dəvət edilməsinə çox sevinib və hər cıxdığı proqramda reytinq əldə etdiyini bildirib.

Məşhu türk telekanallarında Azərbaycan musiqilərini səsləndirdiyi üçün bir Azərbaycanlı olaraq fəxr etdiyini söyləyib.

"Zəhərli ilanla səhnəyə çıxmağım hər halda türkləri heyrətləndirib ki, daha 5 telekanaldan dəvət almışam. Həmin TV verilişlərə isə Yeni ildə – 2015-ci ilin yanvar ayının sonlarında çıxacağam Mən belə düşünürəm ki, izləyicilərə gözəl musiqilərlə yanaşı, etdiyimiz fərqliliklərlə onların diqqətini cəlb etməliyik", deyə gənc müğənni bildirib.

Sonda isə S.Ağaşirinova, bütün türk dünyasını Yeni il və dunya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib.






















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR