Obama: “50-dən çox ölkə BMT-nin sülhməramlı əməliyyatlarında iştirakını genişləndirmək niyyətindədir”

Obama: “50-dən çox ölkə BMT-nin sülhməramlı əməliyyatlarında iştirakını genişləndirmək niyyətindədir”
02:32 29 Sentyabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 02:28 ]


Bakı-APA. 50-dən çox ölkə BMT-nin sülhməramlı əməliyyatlarında iştirakını genişləndirmək niyyətindədir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama BMT-dəki çıxışı zamanı bəyan edib.

 

“Bugünkü sammitdə 50-dən çox ölkə - Banqladeşdən Kolumbiyaya kimi, Finlandiyadan Çinə kimi  BMT-nin sülhməramlı əməliyyatlarında iştiraklarını genişləndirmək niyyətində olduqlarını bildiriblər”, deyə B.Obama bildirib.

 

Öz növbəsində, ABŞ sülhməramlı əməliyyatlarda iştirak edən hərbi qulluqçularının sayını ikiqat artıracağını vəd edib. B.Obamanın sözlərinə görə, ABŞ həmçinin əməliyyatlara müvafiq nəqliyyat dəstəyi verəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR