Ruhani Səudiyyə Ərəbistanını ittiham etdi

Ruhani Səudiyyə Ərəbistanını ittiham etdi
02:59 29 Sentyabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Iranın prezidenti Həsən Ruhani Məkkədə baş verən faciəyə  görə Səudiyyə Ərəbistanını günahlandırıb.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə İran lideri BMT-nin Baş Assambleyasındakı çixışı zamanı bildirib.

 

Onun sözlərinə görə, yüzlərlə insanın ölümünə səbəb səriştəsizlik və bərbad təşkilatçılıq olub.

 

“Səriştəsizlik və adi idarəetmənin yoxluğu Səudiyyə Ərəbistanında yüzlərlə insanın ölümünə səbəb olub”, deyə H.Ruhani vurğulayıb.

 

Onun sözlərinə görə, indiyədək cəsədlərin hamısını tanımaq mümkün olmayıb. Yüzlərlə insan itkin düşmüş hesab edilir. Qeyd edək ki, Məkkədə izdiham zamanı 769 zəvvar ölüb, onlardan 169-u İran vətəndaşlarıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR