Kamran Ağayevin baş məşqçisi istefa verdi

Kamran Ağayevin baş məşqçisi istefa verdi
02:59 29 Sentyabr 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubunun baş məşqçisi Cüneyt Dimlupınar istefa verib.

 

Lent.az-ın “qol.az”-a istinadən verdiyi məlumata görə, buna komandanın PTT 1-ci liqasında uğursuz çıxış etməsi səbəb olub.

 

Dumlupınar yazılı açıqlamasında baş məşqçi vəzifəsindən istefa verdiyini bildirib. Bu günə qədər işində ona dəstək olan hər kəsə təşəkkürünü bildirən 35 yaşlı mütəxəssis deyib: "Bu komandaya və oyunçulara sonuna qədər güvənirəm və inanıram. Komanda mövsümün sonunda superliqaya vəsiqə qazanacaq".

 

Qeyd edək ki, "Karşıyaka" klubu Türkiyə PTT 1-ci liqasında keçirdiyi 6 oyunda cəmi 5 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR