Ağdamda avtomobil 38 yaşlı kişini vurdu

Ağdamda avtomobil 38 yaşlı kişini vurdu
03:19 29 Sentyabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamada idarəetməni itirən sürücü əvvəl qoyunları əzib, sonra sürünün sahibini vurub.

 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə  Rayonun Əfətli kəndi ərazisində baş verib.

 

Rayonun Evoğlu kənd sakini 1977-ci il təvəllüdlü Nağıyev Namiq Rafiq oğlu yaralı vəziyyətdə,  Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Şahidlərin sözlərinə görə yaralını xəstəxanaya hadisəni törədən sürücü özü çatdırıb. Həkimlər yaralıya kəllə-beyin travması diaqnozunu qoyub.  Ilkin tibbi yardım göstərildikdən sonra xəstənin yaxınları onu Bərdə Mərkəzi Rayon xəstəxanasına aparıblar. Hadisənin törədən sürücünün kimliyi barədə məlumat verilmir.

 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları, hadisənin motivlərini araşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR