Bakıda qadın özünü hərəkətdə olan avtomobildən atıb

03:27 29 Sentyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 03:25 ]

Bakı.Mahir Məmmədli – APA. Bakının Sabunçu rayonunda qanlı hadisə baş verib.

APA-nın məlumatına görə, Cəbrayıl Cəbrayılov idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən sərnişini, 24 yaşlı Rəvanə Ağayeva özünü maşından çölə atıb. Ağır bədən xəsarətləri alan Rəvanə Ağayevanı xəstəxanaya Cəbrayıl Cəbrayılov özü çatdırıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

 

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verilib. Cəbrayıl Cəbrayılovun izahatı alınıb. Baş verən hadisənin səbəbləri Sabunçu rayon prokurorluğunda araşdırılacaq.

 

Rəvanə Ağayevanın avtomobildən yerə necə düşməsinin səbəbləri araşdırmaların sonunda bəlli olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR