Əhməd Davudoğlu: Türkiyə bayrağı bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrilib

Əhməd Davudoğlu: Türkiyə bayrağı bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrilib
04:52 28 Dekabr 2014
830 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 04:29 ]

Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə bayrağının bütün dünyada məzlum xalqların müdafiəsi rəmzinə çevrildiyini bildirib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ə.Davudoğlu ötən gün hakim Ədalət və İnkişaf Partiyasının Konya şəhərində keçirilən toplantısında bildirib.

 

“Bütün dünyada bizim qırmızı bayrağımız  Fələstin, azad Suriya və digər məzlum xalqların bayraqları yanında dalğalanacaq. Bizim bayrağımız bütün dünyada məzlum xalqların müdafiəsinin rəmzidir”, deyə Davudoğlu qeyd edib.

 

Türkiyənin baş naziri əlavə edib ki, Türkiyə Fələstinin problemlərini öz problemləri kimi qəbul edir: “Fələstin torpağı Türkiyə torpağı kimi müqəddəsdir”.   

 

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının toplantısında HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xalid Məşəl iştirak edib. O partiya üzvləri tərəfindən gurultulu alqışlarla qarşılanıb.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR