Naftalanda narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib

Naftalanda narkomaniyaya qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib
04:18 29 Sentyabr 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+


Naftalan, 29 sentyabr, AZƏRTAC
Naftalanda “Narkomaniyaya qarşı mübarizə, ağ ölümün törətdiyi fəsadlar” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərdəki orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Naftalan şəhər polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Mehralıyev, şəhər icra hakimiyyətinin məsul işçisi Afət Mustafayeva, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun üzvü, polis leytenantı Vasif Quliyev çıxış edərək narkotik maddələrə aludəçiliyin törətdiyi acı nəticələrdən və ona qarşı aparılan mübarizədən danışıblar.
Məktəb direktorları, şagirdlər çıxış edərək bu dəhşətli xəstəliyin qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirib, bu işdə cəmiyyətin üzərinə düşən vəzifələrdən söhbət açıblar.
Tədbirdə iştirakçıların sualları da cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naftalanda_narkomaniyaya_qarsi_mubarizeye_hesr_edilmis_tedbir_kechirilib-888039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR