Nyu-Yorkda ABŞ və Rusiya prezidentləri arasında görüş olub

Nyu-Yorkda ABŞ və Rusiya prezidentləri arasında görüş olub
03:22 29 Sentyabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 04:19 ]

Bakı-APA. Nyu-Yorkda ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu, iki ölkə liderinin son 2 ildə baş tutan ilk danışıqları olub.

 

Bağlı qapılar arxasında keçirilən görüş nəzərdə tutulduğundan çox çəkərək iki saata qədər davam edib.

 

Bundan əvvəl Kreml və Ağ Ev bildiriblər ki, danışıqlarda ikitərəfli münasibətlər, həmçinin Suriyada və Ukraynada vəziyyət diqqət mərkəzində olacaq.

 

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası çərçivəsində baş tutub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR