ATƏT-in sədri danışıq prosesinin irəliləməsi üçün Azərbaycana və Ermənistana çağırış etdi

ATƏT-in sədri danışıq prosesinin irəliləməsi üçün Azərbaycana və Ermənistana çağırış etdi
03:23 29 Sentyabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend /

ATƏT-in sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Trend ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistanın təmas xəttində son vəziyyət və Azərbaycan və Ermənistan rəsmiləri ilə aparılan danışıq prosesi barədə məlumatlandırılıb.

Daçiç təmas xəttində son eskalasiyanı qətiyyətlə pisləyib, və tərəfləri maksimal təmkinliliyi göstərməyə çağırıb.

ATƏT-in sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salması üçün tərəfləri danışıq prosesinin irəliləyişinə çağırdı.

Sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2437769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR