Azərbaycana gələn türistlərin sayı azalıb (VİDEO)

Azərbaycana gələn türistlərin sayı azalıb (VİDEO)
05:11 29 Sentyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə turizm mövsümü yekunlaşdı.

ANS TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi rəqəmlərə əsaslansaq, turizm sahəsində vəziyyət indiki, dövrə görə bir o qədər də yaxşı deyil.

Məsələn, əgər 2014-cü ildə ölkəmizə gələn turistlərin sayı 1 milyon 100 min nəfərə yaxın idisə, bu il bu rəqəm bir qədər aşağıdır.

Azərbaycandan başqa ölkələrə gedənlərin sayında isə o qədər də dəyişiklik yoxdur. Amma bu rəqəm xaricdən ölkəmizə gələn turistlərin sayından iki dəfə çoxdur. İlin isə sonuna hələ 3 ay var deməli rəqəmin dəyişəcəyinə ümidi itirmək olmaz. Bəs bu problemi necə aradan qaldırmalı?

Turizm şirkətləri arasında apardığımız sorğu zamanı məlum oldu ki, yerli turistlər istirahət üçün daha çox cənub, şimal və şimal-qərb bölgəsinə üz tutur.

Lakin bir dəfə bu istiqamətdə olan turizm obyektlərində ki, qiymətlləri görənlər növbəti dəfə istirahətini xaricdə etməyə üstünlük verir. Üz tutuqları ölkələr isə daha çox Türkiyə, GürcüstanUkraynadır.

Turizm şirkətinin nümayəndəsi Pərviz Qasımov deyir ki, Türkiyəyə səfər edən turist ödədiyi vəsaitin daxilinə həm aviya bilet, həm qidalanma, həm də istirahət daxildir, Azərbaycanda isə qiymətlər nisbətən bahadır.

Sözsüz ki, yüksək qiymət xaricdən ölkəmizə gələn turistlərin sayına da təsirini göstərir. Problemin aradan qaldırılması üçün təklif olunur ki, turizm obyekti işlədən sahibkarlardan tələb olunan əlavə dəyər vergisi azaldılsın.

“Burda məqsəd dövlətin subsidiya yolu ilə xərclərin bir hissəsini öz üzərinə götürməsidir. Bu baxımdan istər birbaşa, istərsə də dolayı olaraq dövlətin maliyyə dəstəyinin artırılmasına ehtiyac var. Praktiki olaraq bu imkan verəcək ki, turizm obyektlərində xərcləri azaldılmasına nail olmaq mümkün olsun. Təbii ki, bu da qiymətlərin tənzimlənməsi, daha ucuz qiymətlərin təklif edilməsi gətirib çıxaracaq”, – deyə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Mədəniyyət və Turizm Nazirliyindən isə ölkəmizə gələn turistlərin sayındakı azalmanı Rusiya, Gürcüstan və İranda baş verən proseslərlə əlaqələndirirlər. Azərbaycana turistlər əvəllər daha çox bu ölkələrdən gəlirdisə, indi Avropa və Körfəz ölkələrindən ölkəmizə üz tutan turistlər çoxluq təşkil edir.

Qaldı qiymətlərin yüksək olmasına, nazir Əbülfəz Qarayev bu məsələyə belə açıqlama verdi:

“Heç kəs gözləməməlidir ki, cənab Prezidentin tamamilə düzgün ifadə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün otellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq”.

Ölkəyə xarici turistlərin cəlb edilməsi üçün viza rejimi də sadələşdirilib. Artıq 36 min nəfər elektron viza alaraq ölkəyə rahat şəkildə daxil ola bilib.

İndi bir məsələ qalır, turistlərin ölkəyə hava yolu ilə gəlişində rastlaşdığı problemlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=361496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR