ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb

ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb
06:07 29 Sentyabr 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 06:02 ]

Bakı-APA. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andriu ilə görüşüb.

APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspişik də iştirak edib

 

Həmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistanın təmas xəttində yaranan gərginlik, həmçinin Azərbaycan və Ermənistan rəsmiləri ilə aparılan danışıq prosesi haqqında məlumatlandırıblar.

 

Son günlər vəziyyətin gərginləşməsi nəticəsində ölənlərin ailələrinə baş sağlığı verən İvitsa Daçiç təmas xəttindəki son eskalasiyanı qətiyyətlə pisləyib, tərəfləri təmkinliyə və gərginliyin aradan qaldırılması istiqamətində səy göstərməyə çağırıb.

 

ATƏT-in Minsk qrupunun fəaliyyətinə tam dəstək göstərdiyini ifadə edən İ.Daçiç tərəfləri Dağlıq Qarabağ ətrafında danışıqlarda irəliləyişin əldə olunmasına və etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsinə çağırıb. “İki ölkə prezidenti arasında planlaşdırılan görüş bu istiqamətdə atılan uğurlu addım olacaq”, deyə İ.Daçiç bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398624

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR