Azərbaycanlı hacıların ilk qrupu Səidiyyə Ərəbistanını tərk edib

06:22 29 Sentyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 06:16 ]

Bakı.Mahir Məmmədli-APA. Həcc ziyarətini başa vuranların ilk qrupu Səudiyyə Ərəbistanını tərk edib.

APA-nın məlumatına görə, azərbaycanlı hacılar bir qədər əvvəl Ciddə hava limanında Bakıya yola düşüblər. Onların təyyarəsi saat 9.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

 

Azərbaycanlı hacıların digər qrupu isə saat 14.00-da Bakıya catacaq.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar yollanmışdı. Onlardan 3-ü ziyarət zamanı dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR