Gimnastika üzrə Bakı çempionatı keçiriləcək

Gimnastika üzrə Bakı çempionatı keçiriləcək
08:52 29 Sentyabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 2-3-də Milli Gimnastika Arenası növbəti turniri - kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyini - qəbul edəcək.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişi idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq" İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edəcəklər.

Balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunacaq.

Çoxnövçülük üzrə final mərhələsi isə böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək.

Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq" İdman Klubu və "Neftçı" təmsil olunacaq.

Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda mübarizə aparılacaq.

İki gün ərzində tamaşaçıları 1-ci Avropa Oyunlarının beşqat mükafatçısı olan yeganə Azərbaycan idmançısı, həmçinin paralel qollarda qızıl medal sahibi Oleq Stepko, komanda hesabında bürünc mükafatçısı Petro Paxnyuk, 1-ci Avropa Oyunlarının iştirakçıları Marina NekrasovaYuliya İnşina, o cümlədən Mariya Smirnovanın çıxışları gözləyir.

Sözügedən turnir böyük gimnastlar üçün oktyabrın 23-dən noyabrın 1-dək Qlazqoda (Böyük Britaniya) keçiriləcək dünya çempionatı öncəsi sonuncu yarışdır. Bu, tamaşaçılar üçün idmançılarımızın ilin əsas yarışında nümayiş etdirəcəkləri təkmilləşdirilmiş proqramı izləməyə unikal fürsət yaradır.

Yarışların gedişatı zamanı müxtəlif müsabiqələrin keçirilməsi tamaşaçıların xüsusi marağına səbəb olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/371978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR