Şəmkirdə yol qəzası: ölən və yaralanan var

Şəmkirdə yol qəzası: ölən və yaralanan var
08:53 29 Sentyabr 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend /

Şəmkirdə yol qəzası baş verib. Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, Şəmkirin Çənlibel kəndinə gedən yolda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Rayon sakini 45 yaşlı Şəmşir Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil eyni istiqamətdə gedən “VAZ 2106” markalı avtomobilə çırpılıb.

Sürücü Şəmşir Xəlilov və maşında olan sərnişin Çənlibel kənd sakini, 56 yaşlı Fizuli Novruzov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Füzuli Novruzov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2437779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR