Messisiz "Barselona" "Bayer"ə, "Çelsi" "Porto"ya qarşı

Messisiz "Barselona" "Bayer"ə, "Çelsi" "Porto"ya qarşı
09:05 29 Sentyabr 2015
97 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, E, F, G və H qrupunda çıxış edən komandalar növbəti oyunlarına çıxacaqlar.

Zədə səbəbindən Lionel Messinin xidmətindən yararlana bilməyəcək "Barselona" öz meydanında "Bayer"i qəbul edəcək. "Roma" isə BATE səfərinə yollanacaq.
 
Gecənin maraqlı oyunlarından biri də "Porto" ilə "Çelsi" arasında baş tutacaq. Joze Mourinyonun yetirmələri Premyer Liqadan fərqli olaraq Avropada çıxışına yaxşı başlayıb və ikinci qələbəsini qazanmaq əzmindədir. Joze Mourinyonun "Porto" ilə xüsusi bağlarının olması isə oyuna əlavə həyəcan və dramatiklik qatır.
 
Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
 
29 sentyabr
 
E qrupu
 

23:45. BATE - "Roma"
23:45. "Barselona" - "Bayer" L
  
F qrupu
 
23:45. "Arsenal" - "Olimpiakos"
23:45. "Bavariya" - "Dinamo" Z
 
G qrupu
 

23:45. "Porto" - "Çelsi"
23:45. "Makkabi" T - "Dinamo" K
 
H qrupu
 
23:45. "Lion" - "Valensiya"
23:45. "Zenit" - "Gent"
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/371980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR