BMT baş qərargahı Asiyaya köçür?

BMT baş qərargahı Asiyaya köçür?
09:12 29 Sentyabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

XXI əsrdə dünya keyfiyyətcə yeni beynəlxalq maliyyə və hüquq alətlərinə ehtiyac duyur.

Trend BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında çıxışı zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, quruma üzv dövlətlər davamlı inkişaf məqsədlərinə uyğun ola biləcək beynəlxalq valyutanın yaradılması üzrə səylərini birləşdirməlidirlər.

Qazaxıstan prezidenti, həmçinin Asiya dövlətlərinin qlobal proseslərdə artan rolunu da qeyd edib. O, bununla əlaqədar olaraq BMT baş qərargahının Asiya ölkələrindən birinə köçürülməsini təklif edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/371982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR