Kamran Ağayevin baş məşqçisi istefa verdi

Kamran Ağayevin baş məşqçisi istefa verdi
09:27 29 Sentyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubunun baş məşqçisi Cüneyt Dimlupınar istefa verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna komandanın PTT 1-ci liqasında uğursuz çıxış etməsi səbəb olub.

Dumlupınar yazılı açıqlamasında baş məşqçi vəzifəsindən istefa verdiyini bildirib. Bu günə qədər işində ona dəstək olan hər kəsə təşəkkürünü bildirən 35 yaşlı mütəxəssis deyib: "Bu komandaya və oyunçulara sonuna qədər güvənirəm və inanıram. Komanda mövsümün sonunda Superliqaya vəsiqə qazanacaq".

Qeyd edək ki, "Karşıyaka" klubu Türkiyə PTT 1-ci liqasında keçirdiyi 6 oyunda cəmi 5 xal qazanıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/371993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR