KATV1 genişzolaqlı internetin qiymətini 30%-dək endirdi

KATV1 genişzolaqlı internetin qiymətini 30%-dək endirdi
09:33 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

KATV1 kabel operatoru və internet provayderi oktyabrın 1-dən genişzolaqlı intrenetin qiymətlərinin 30 faizədək endirdiyini elan etdi. Artıq abunəçilər 8 Mbit/s intenetdən istifadəyə görə cəmi 18 AZN ödəyəcəklər.

Qiyməyi 23 azn olan “TV+internet” (100 TV kanal+8Mbit/s intenet) baza paketinin abunəçiləri isə inetnet xidmətindən istifadəyə görə daha az məbləğ, faktiki olaraq 13 AZN ödəyəcəklər. Hal hazırda KATV1 fiziki şəxslərə və biznes qurumlarına genişzolaqlı internet xidməti təqdim edir.

Qeyd edək ki, KATV1 kabel televiziyası təkcə paytaxt Bakıda deyil Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də internet xidməti təqdim edir.

Ətraflı məlumatı 127 nömrəli telefon məlumat mərkəzindən və KATV1 kabel televiziyasının facebook sosial şəbəkəsindəki səhifəsindən əldə edə bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2437799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR