"Boko Haram" yaraqlılarının hücumundan sonra Kamerunda təxminən 30 nəfər həlak olub

"Boko Haram" yaraqlılarının hücumundan sonra Kamerunda təxminən 30 nəfər həlak olub
04:53 28 Dekabr 2014
120 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

"Boko Haram" qruplaşmasının yaraqlıları Kamerunda kəndə hücum ediblər, nəticədə ən azı 30 nəfər həlak olub.

Yaraqlılar Nigeriya ilə sərhəddən bir neçə kilometrliyində Kamerunun şimalındakı Mbalyuel (Mbaljuel) kəndinə hücum ediblər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

DPA agentliyinin hakimiyyət nümayəndəsi Miyavu Bikariyə (Mijiyawa Bakary) istinadən verdiyi məlumata görə, hücumun qurbanları dinc əhali olub.

"Biz hələlik bütün məlumatlara malik deyilik, lakin diviziya zabitləri və güc strukturlarının nümayəndələri bizi məlumatlandırırlar", - Bikari agentliyinə bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR