Avropalı istehlakçıların 61 faizi «Wi-Fi»ın keyfiyyətindən narazıdır

Avropalı istehlakçıların 61 faizi «Wi-Fi»ın keyfiyyətindən narazıdır
09:51 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

«Arris» şirkəti bütün Avropada «Wi-Fi» texnologiyası üzrə limitsiz internet çıxışa tələbatın artmasını, həmçinin internetdə məzmunun istehlakı və mobil televiziyanın inkişaf xüsusiyyətlərini əks etdirən "Əyləncəli kontentin istehlakı indeksi 2015" adlı illik tədqiqatını dərc edib.
 
 
Əyləncəli kontentin istehlakı indeksi dünyanın 19, həmçinin Avropanın 6 ölkəsindən (Rusiya, Fransa, Almaniya, İsveç, İspaniya və Böyük Britaniya) 19 min istifadəçinin multimedia qurğularının köməyi ilə məzmunun istehlakını öyrənmək üçün nəzərdə tutulmuş tədqiqat layihəsidir.
 
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, orta statistik Avropa ev təsərrüfatında «Wi-Fi» texnologiyasına qoşulmuş 6 cihaz qeydə alınıb və bir ailə hər həftə ödənişli abunə internet xidmətlərinə təxminən 7,5 saat sərf edir.
 
 
Bu halda avropalı istehlakçıların 61 faizi «Wi-Fi»ın keyfiyyətindən narazıdır və respondentlərin 69 faizi bildirib ki, hər bir otaqda yüksəksürətli internetə çıxışa malik olmaq çox vacibdir. Rusiyada istifadəçilərin 69 faizi fayl və ya videoları izləmə və ya onları yükləmə zamanı çətinliklərlə üzləşir. Bundan başqa, rusiyalıların 42 faizi «Wi-Fi» siqnal gücləndiricilərindən yararlanır, halbuki Avropada bu göstərici 25 faizdir.
 
 
Mobil televiziya populyarlaşmağa davam edir: avropalı istehlakçıların 58 faizi hərəkət zamanı mobil televiziyanı izləyir. 16-24 yaşlı tamaşaçıların payı 74 faizədək artıb. Ancaq gələcəkdə xidmətin populyarlığının artımı yaşlı nəslin nümayəndələrindən asılıdır. 55-64 yaşlı avropalı istehlakçılar arasında tamaşaçıların sayı 31 faiz təşkil edib. Bildirək ki, ötən il bu göstərici 25 faiz olub. Xidmətin dəyəri və multimedia qurğularında ekranın ölçüsü mobil televiziyadan istifadədə əsas maneədir.
 
 
Avropalı respondentlərin əksəriyyəti məzmunu internetdə izləməyi deyil, onu mobil qurğuya yükləməyə üstünlük verir.
 
 
Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38923-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR