​BMT sülhməramlılarının sayı artırılacaq

​BMT sülhməramlılarının sayı artırılacaq
09:57 29 Sentyabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ BMT sülhməramlıları sıralarında xidmət etmək üçün 50-dən artıq ölkə əlavə olaraq, 40 min əsgər verəcək.
"Report" "France Presse"ə istinadən xəbər verir ki, bu haqda BMT sülhməramlılarının illik sammitində təşkilatın baş katibi Pan Gi Mun bildirib.
Sammitə 50 ölkəninin, o cümlədən Azərbaycanın da nümayəndəsi qatılıb. Bu toplantı ABŞ-ın təklifi ilə ikinci dəfədir çağırılır.
Baş katibin sözlərinə görə, hazırda BMT sülhməramlıları sıralarında 120 ölkədən 125 mindən çox hərbçi, polis və mülki şəxs xidmət edir: Təşkilatın 350 tibb müəssisəsi, 167 helikopteri, 70 təyyarəsi, 7 gəmisi və 13 mindən artıq avtomobili var.
Pan Gi Mun sülhməramlıların fəaliyyətinin vacibliyinin vurğulayaraq, indiki qarışıq zamanda "mavi dəbilqəlilər"in ağır şəraitdə fəaliyyət göstərdiklərinin bildirib.
O, sülh və təhlükəsizliyin yaranmasında qadınların rolunun artıdğını da vurğulayıb. Zirvə toplantısına ABŞ prezidenti Barak Obama və ölkənin dövlət katibi Con Kerri də çıxış edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-sulhmeramlilarinin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR