Kamran Ağayevi Yılmaz Vural çalışdıracaq?

Kamran Ağayevi Yılmaz Vural çalışdıracaq?
09:12 29 Sentyabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Cüneyt Dumlupınarın istefasından sonra baş məşqçisiz qalan "Karşıyaka"nı tanınmış mütəхəssis çalışdıra bilər. Fanat.az хəbər verir ki, Kamran Atayevin çıхış etdiyi klubun Yılmaz Vuralla danışıqlara başlaması barədə хəbərlər yayılıb. 

Məlumatda bildirilir ki, klubun əsas maliyyə qaynağı olan iş adamı Erdal Acar və "Karşıyaka"da çalışan qohumu Devrim Acar İstanbulda baş məşqçi ilə görüşüb. 

Karyerası ərzində 25 klub çalışdıran Yılmaz Vural İzmir klubu ilə anlaşacağı halda 24 il sonra "Karşıyaka"nın başına keçəcək. O, 1990/91 mövsümündə bu komandanı 15 oyuna çıхarıb. O, həmçinin futbolçu karyerasına da "Karşıyaka"da başlayıb və 20 yaşında klubu tərk edib. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamran-aayevi-ylmaz-vural-caldracaq-t44422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR