Qazax rayon sakini sərfəli becərmə üsulu tətbiq edib

Qazax rayon sakini sərfəli becərmə üsulu tətbiq edib
10:23 29 Sentyabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Qazax, 29 sentyabr, AZƏRTAC
Qazax rayon sakini öz istixanasında maraqlı becərmə üsulu tətbiq edib. Belə ki, rayonun Çaylı kənd sakini Fatma Göyüşova əvvəlcə parnikdə pomidor əkib. Məhsul götürdükdən sonra isə bitkinin dibinə lobya toxumlarını basdırıb. Bir müddət sonra isə lobya pomidorun şaxına dırmaşaraq maraqlı görüntüyə səbəb olub.
Pomidor məhsulunu yığıb qurtarmaq üzrə olan kənd sakini AZƏRTAC-ın müxbirinə bildirib ki, bir neçə gün sonra lobya bar verəcək. İlk dəfədir bu üsuldan istifadə edən Fatma Göyüşova bunun maraqlı, həm də sərfəli olduğunu deyir. O, bitki üçün yenidən əlavə xərc çəkmədən bol məhsul əldə edəcəyinə ümidlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazax_rayon_sakini_serfeli_becerme_usulu_tetbiq_edib-888054

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR