İran Suriya ilə Yəmənə demokratiya verəcək?

İran Suriya ilə Yəmənə demokratiya verəcək?
09:47 29 Sentyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani deyir ki, Tehran Yaxın Şərqdə "terrorçuluğun kökünü kəsməyə" və Suriya və Yəmənə demokratiya gətirilməsinə kömək etməyə hazırdır.

"Biz terrorçuluğun kökünün kəsilməsinə yardım etməyə və demokratiyaya yol açmağa hazırıq".

Milli.Az azadliq.org-a istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Ruhani sentyabrın 28-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında deyib.

"İraqda və Əfqanıstanda demokratiyanın qurulmasına kömək etdiyimiz kimi, Suriya və Yəmənə də demokratiya gətirilməsində köməyə hazırıq", - o bildirib.

Ruhani Yaxın Şərqdə böhrana görə Birləşmiş Ştatların Əfqanıstan və İraqı işğal etməsini, eləcə də İsrailə dəstəyini qınayıb.

"Unutmamalıyıq ki, bugünkü müharibənin, dağıntı və terrorun kökləri dünənin işğalında, hərbi müdaxiləsində axtarılmalıdır", - Ruhani söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/372002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR