“Fitch Ratings” Kapital Bankın reytinqlərini yüksəldib

“Fitch Ratings” Kapital Bankın reytinqlərini yüksəldib
11:03 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini ‘B+’ səviyyəsindən ‘BB-’ səviyyəsinə çatdırıb. Bankdan Trend-ə verilən məlumata görə, agentlik Bankın dayanıqlılıq reytinqini (VR) ‘b’ dən ‘b+’ə yüksəldib.

Bundan başqa, “Fitch Ratings” “Kapital Bank”ın xarici valyutada uzunmüddətli reytinqini “Sabit” proqnozla ‘BB-’ , xarici valyutada qısamüddətli reytinqini ‘B’ və dəstək reytinqini ‘3’ səviyyəsində təsdiqləyib.

Hesabatda qeyd olunur ki, Kapital Bankın reytinqinin ‘B+’ səviyyəsindən ‘BB-’ səviyyəsinə yüksəlməsi bankın dəstək reytinqinin yaxşılaşması və Azərbaycan hökümətinin ehtiyac yarandıqda banka dəstək göstərməsi ilə əlaqədardır.

Agentlik “Kapital Bank”ın “Paşa Holdinq”in tərkibində olduğunu və bu bank qrupunun bazardakı məcmu əmanət portfelinin 14,1%-nə, məcmu kredit portfelinin 8,8%-nə sahib olduğunu qeyd edib.

Bununla yanaşı, “Kapital Bank”ın respublikada ən geniş filial şəbəkəsinə malik olması, təqaüdçülərin və digər sosial, büdcə ödənişlərinin həyata keçirməsində xüsusi rolu və dövlət qurumlarının kreditləşməsində Bankın iştirak etməsinin önəmi vurğulanıb.

Hesabatda bildirilir ki, “Kapital Bank” 2013-2014-cü illərdə kapitalını 100 milyon manat artırıb və kapitalın adekvatlılıq əmsalı 2015-ci ilin ilk yarısında 19,2%-ə çatıb.

“Kapital Bank”ın pərakəndə kredit portfelini yaxşı və likvidlik mövqeyini sağlam qiymətləndirən agentlik, istehlak kreditlər portfelinin də uğurla inkişaf etdiyini bildirib.

Qeyd edilib ki, lazımi qədər əmanət yığımı imkanlarına malik olması və Bankın böyük həcmli borclanmalarında qeyri-hökumət vəsaitlərinin olmaması “Kapital Bank”ın likvidlik mövqeyini daha da möhkəmləndirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2437867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR