"Baku United” UEFA Kubokuna hazırlaşır

11:13 29 Sentyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” Futzal Klubu UEFA Futzal Kubokunun əsas mərhələsi çərçivəsinə hazırlıqlarını davam etdirir. İngiltərədə son üç mövsümün çempionu olan “bakılılar” adıçəkilən ölkəni Avropada təmsil edəcək.

“Baku United” Futzal Klubundan Trend-ə verilən məlumata görə, “Baku United” elit raunduna çıxmaq uğrunda “F” qrupunda Xorvatiyanın “Nasional”, Macarıstanın “Gyor” və Belarusun “Lida” klubları ilə mübarizə aparacaq. Sentyabrın 29-da start götürəcək oyunlar Macarıstanda keçiriləcək.

Hazırda “Baku United” yenidən strukturlaşdırılma mərhələsini yaşayır. Belə ki, əsas resurslar uşaq və gənclər komandalarının inkişafına yönəldilib. Buna baxmayaraq, “Baku United” yenə də iddiasını saxlamaqdadır.

Klubun İctimaiyyətlə əlaqələr üzrə direktoru Elşən İsmayılovun sözlərinə görə, Azərbaycan bu mövsümdə UEFA Kubokunda təmsil olunmayıb: “Təbii ki, bu müvəqqəti bir çətinlikdir. Amma əminik ki, azərbaycanlı futzal həvəskarları Avropada “Baku United”ə azarkeşlik edəcək. Doğma Bakımızın adını daşıyan komandamız əsasən gənclərdən ibarət olsa da, amma bu adı yüksək daşımağa çalışacaq. Hazırda klubumuzun birinci komandasında müəyyən çətinliklər olsa da, biz yenə də həm Avropada, həm də İngiltərədə iddiamızı saxlamaqdayıq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2437871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR