Yaponiyanın ən yaşlı qadını 115 yaşında vəfat edib

Yaponiyanın ən yaşlı qadını 115 yaşında vəfat edib
11:13 29 Sentyabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 29 sentyabr, AZƏRTAC
Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin verdiyi məlumata əsasən, ölkənin ən yaşlı qadını 115 yaşında vəfat edib.
Adı açıqlanmayan qadın 1900-cü il martın 15-də anadan olmuşdu. O, Tokionun tanınmış Şibuya rayonunda yaşayırdı.
Bundan sonra Yaponiyanın ən yaşlı xanımı Kaqoşima prefekturasında yaşayan 115 yaşlı Nabi Tazima hesab olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_en_yasli_qadini_115_yasinda_vefat_edib-888071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR