"Şəhid qızına bir rayon 450 imza verməsin?"

"Şəhid qızına bir rayon 450 imza verməsin?"
11:17 29 Sentyabr 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümid Partiyasının üzvü Tamilla Qulaminin deputatlığa namizədliyinin qeydə alınmasından 95 saylı Tərtər Seçki Dairəsi imtina edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan T. Qulami bildirib ki, namizədliyinin qeydə alınması üçün 450 imza tələb olunduğu halda 550 imza toplayıb:

"95 saylı Tərtər Seçki Dairəsinin haqsız və ədalətsiz qərarıyla namizədliyim qeydə alınmadı. Qeydə alınmamağıma səbəb kimi saxta imzaları əsas gətirdilər. Halbuki məni tanıyan, imzatoplama zamanı gedən proseslərdə şəxsən özümün iştirak etdiyimi hər kəs bilir. Absurd bir haldır ki, sənə hörmət edən, sevən, üstəlik atanı tanıyan, insanlar arasında sağ ikən, hətta indiyədək belə böyük nüfuza sahib, həmin torpağın müdafiəsi uğrunda canından keçən, Tərtərdə adına küçə olan şəhid Famil Qulaminin qızına bir rayon 450 imza verməsin. Elə tək o küçədən rahatca imza toplamaq olar. Buna baxmayaraq ən doğrusunu edib bütün dairə üzrə, habelə kəndləri gəzib insanlarla tək-tək görüşərək imza toplamışam. Sənədlərimizi ədalətli qərar çıxaracağına güvənərək MSK-ya təqdim edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR