Budapeştdə məhsuldarlığın artırılması üçün İKT-nin tətbiqi məsələləri müzakirə edilib

Budapeştdə  məhsuldarlığın artırılması üçün İKT-nin tətbiqi məsələləri müzakirə edilib
10:21 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Macarıstanın paytaxtı Budapeşt şəhərində kənd təsərrüfatı sahəsində tətbiq edilən innovasiyalar və eləcə də informasiya-kommunikasiya texnologiyalarının sözügedən sektora inteqrasiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın bu sahədə həyata keçirdiyi işlər və əldə etdiyi təcrübələr istiqamətində fikir mübadiləsi aparılıb.
 
 
“ICTnews.az”ın məlumatına görə,  Kənd Təsərrüfatı  üzrə Avropa Komissiyasının 39-cu sessiyasında 36 üzv ölkənin, bir üzv təşkilatın və 9 qeyri-hökumət təşkilatlarının  nümayəndələri iştirak edib.
 
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, sessiyada FAO-nun ekspertləri Ailə Fermer təsərrüfatlarında innovasiyaların tətbiqi,  ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün torpaqların deqradasiyasına qarşı mübarizə tədbirləri, kənd təsərrüfatı sektorunda çalışanların sosial müdafiəsi və gender analizi mövzularında hesabatlar təqdim olunub. Avropa Komissiyası Mərkəzi və Şərqi Avropa,  həmçinin  Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində torpaqların deqradasiyasının getdikcə artmasından narahatlığı ifadə edilib.
 
 
Tədbirdə vurğulanıb ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində torpaqların deqradasiyaya uğramasının əsas amilləri əhali artımı, iqlim dəyişkənliyi, torpaq və su resurslarından səmərəsiz istifadədir. Yuxarıda qeyd edilən məsələlərlə mübarizədə region ölkələrinə FAO-nun mümkün dəstəyi də müzakirə olunan məsələlər arasında olub. Eləcə də əlavə olunub ki, İKT-dən geniş istifadə məhsuldarlığın artırılmasına şərait yaradır.
 
 
Sessiyada tövsiyə olundu ki, qidalanma sahəsində problemlərin, o cümlədən “gizli aclıq” və şişmanlığın aradan qaldırılması üçün FAO-nun regionda fəaliyyəti və əməkdaşlığı kənd təsərrüfatında tədqiqatların və innovasiyaların genişlənməsinə yönəlməlidir.
 
 
Sessiyanın sonunda Kənd Təsərrüfatı üzrə  Avropa Komissiyasının 2017-ci ildə keçirilməsi planlaşdırılan  növbəti  sessiyasının yeri müzakirə olunub və toplantının Budapeştdə keçirilməsi qərara alınıb.
 
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38931-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR