Zəriflərimiz macarlarla da "bacarmadı"

Zəriflərimiz macarlarla da "bacarmadı"
11:21 29 Sentyabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Belçikanın Antverpen şəhərində Avropa Çempionatının qrup mərhələsi çərçivəsində üçüncü oyununu keçirib.

ANS PRESS-in məlumatına görə zəriflərimiz bu dəfə macarıstanlı həmkarları ilə qarşılaşıb. İlk setdə xanımlar 16:25 hesabı ilə məğlub olsalar da, ikinci seti 28:26 hesabı ilə aktivinə yazdırıblar. Ancaq yığmamızın qazancı cəmi bir set olub.

Üçüncü və dördüncü setdə 22:25 və 16:25 hesabı ilə məğlub olan yığmamız Avropa Çempionatı ilə vidalaşmalı olub.

Bu oyuna qədər voleybolçu xanımlarımız Türkiyə və Belçika milliləri ilə qarşılaşıblar. Türkiyə ilə oyunda millimiz 3 setdə də məğlub olub. ( 21:25, 26:28, 13:25).

İkinci oyunda isə voleybolçularımız belçikalı həmkarları ilə münasibətlərinə aydınlıq gətiriblər. Türkiyə ilə oyunda olduğu kimi zəriflərimiz bir setdə belə qalıb gələ bilməyərək 0:3 hesabı ilə məğlub olublar. ( 17:25, 20:25, 25:27).


Azərbaycan - Macarıstan oyunu

Ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarında voleybolçu xanımlarımız 1/2 final mərhələsinə kimi irəlləməyi bacarıb. Finala gedən yolda Türkiyə millisinə 2:3 hesabı ilə məğlub olan zəriflərimiz bürünc medal uğrunda Serbiya yığması ilə mübarizə aparıb. Serblərlə oyunda 2:3 hesabı ilə məğlub olan voleybolçularımız Avropa Oyunlarını medalsız başa vurublar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=361512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR