​Dünyanın ən iri mis istehsalçısı iflasa uğrayıb

11:22 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Məlumata görə, dünən Londonda "Glencore"un hissələrinin 31% ucuzlaşması Avstraliyanın mədən şirkəti olan "BHP Billiton", həmçinin "Rio Tinto Group" və "Noble Group" şirkətlərində ucuzlaşmaya və Asiya bazarlarında satış dalğasının yaranmasına səbəb olub.
"Petro China Co." şirkətində tətildən sonra başlayan əməliyyatlarla yanaşı satışa da start verilib.
Bu arada ABŞ-ın ən böyük alüminium şirkəti olan "Alcoa Inc." istehsalın artması səbəbindən şirkətin iki hissəyə ayrılacağını elan edib.
"Royal Dutch Shell" isə 7 mlrd. ABŞ dolları xərclədikdən sonra Alyaskadakı neft axtarışlarını dayandırıb.
ABŞ-ın Hyuston Universitetində enerji iqtisadiyyatı dərsini tədris edən və kiçik neft istehsalçısı olan şirkətlərdən birinin baş meneceri olan Ed Hirs bütün bunları ucuruma yuvarlanmaq kimi qiymətləndirir.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/dunyanin-en-iri-mis-istehsalcisi-iflasa-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR