"Bakı 2015"in qalibi: "Avropa Oyunlarının medalı olimpiadanınkından ağır idi"

"Bakı 2015"in qalibi: "Avropa Oyunlarının medalı olimpiadanınkından ağır idi"
10:27 29 Sentyabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın boks üzrə qadınlar arasında Olimpiya və Avropa çempionu Nikola Adams qızıl medal qazandığı "Bakı 2015" I Avropa Oyunları haqda danışıb.

"Report"un məlumatına görə, qadın boksçu Oyunlardan razı qaldığını deyib.

32 yaşlı döyüşçü bildirib ki, "Bakı 2015" onun üçün tam heyrətamiz təcrübə olub. Oyunların qadınlar arasında boks üzrə ilk qızıl medalçısı qazandığı mükafatdan da danışıb: "Avropa Oyunlarının medalları böyük idi, hətta 2012-ci il London Yay Olimpiya Oyunlarında qazadığım  qızıl medaldan da ağır idi".

N.Adams Avropa Oyunlarındakı çıxışından razı qaldığını da vurğulayıb: "Çiynimdəki zədə üzündən 8-9 aydır məşq etmirdim. İspaniyadakı kiçik turnirdən sonra Bakıya yollanmışdım. Bununla belə, Avropa Oyunlarına dünyanın ən güclüsü statusunda qatılmışdım. Rəqiblərimiz isə ötən müddətdə müntəzəm yarışlara qatılırdılar. Bu isə şübhəsiz ki, məni gələcəkdə daha yaxşı çıxış etməyə sövq edirdi".

Qeyd edək ki, Nikola Adams "Bakı 2015" I Avropa Oyunlarında boks yarışında 51 kq çəkidə qızıl medal qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/371998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR