Gəncədə ər arvadını qətlə yetirib

11:27 29 Sentyabr 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:26 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü Cəfərov Elxan Faiq oğlu ailə münaqişəsi zəmində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Bayramova Aytən Aydın qızını bıçaqlayaraq qətlə yetirib.

 

Ailənin iki azyaşlı övladı var. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR