KATV1 genişzolaqlı internetin qiymətini 30 faizədək endirib

KATV1 genişzolaqlı internetin qiymətini 30 faizədək endirib
11:28 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
KATV1 kabel operatoru və internet provayderi oktyabrın 1-dən genişzolaqlı intrenetin qiymətlərini 30 faizədək endirəcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, artıq abunəçilər 8 meqabit-saniyə (Mbit/s) intenetdən istifadəyə görə 18 manat ödəyəcəklər. Qiyməti 23 manat olan “TV+internet” (100 TV kanal+8Mbit/s intenet) baza paketinin abunəçiləri isə inetnet xidmətindən istifadəyə görə daha az məbləğ, faktiki olaraq 13 manat ödəyəcəklər.
Hazırda KATV1 fiziki şəxslərə və biznes qurumlarına genişzolaqlı internet xidməti təqdim edir. KATV1 kabel televiziyası tərəfindən təkcə paytaxt Bakıda deyil Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində də internet xidməti təklif olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/KATV1_geniszolaqli_internetin_qiymetini_30_faizedek_endirib-888079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR