Bakıda avtomobil 77 yaşlı kişini vuraraq öldürüb

11:32 29 Sentyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:27 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 28-də saat 11:20 radələrində, Nərimanov rayonu Ziya Bünyadov prospektində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseyn Nəcəfov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1938-ci il təvəllüdlü piyada Şavər Talıbovu vurub. Xəsarətlə 3 saylı Xəstəxanaya yerləşdirilən S. Talıbov orada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR